Mariupol Şəhər Şurası: “Rusiya humanitar yardım maşınları ilə meyitləri aparıb gizlədir”

Mariupol Şəhər Şurası: “Rusiya humanitar yardım maşınları ilə meyitləri aparıb gizlədir” “Əvvəlcə humanitar yardım gətirir, daha sonra eyni yük maşınları ilə meyitləri aparırlar. Bu, logistikanın russayağı optimallaşdırılmasıdır"
Region
164
2 May , 2022 17:26
Mariupol Şəhər Şurası: “Rusiya humanitar yardım maşınları ilə meyitləri aparıb gizlədir”

“Əvvəlcə humanitar yardım gətirir, daha sonra eyni yük maşınları ilə meyitləri aparırlar. Bu, logistikanın russayağı optimallaşdırılmasıdır".

“Report” xəbər verir ki, bunu Ukraynanın Mariupol şəhərinin Şurası teleqramda açıqlayıb.

Bildirilib ki, əvvəlcə işğalçılar bir miqdar qida gətirir, daha sonra eyni nəqliyyat vasitəsilə hələ də qalıqlar altından çıxarılan öldürülmüş mariupolluları meyitlərini aparırlar: “Dünya Rusiyanın Mariupol və bütün Ukraynanın mülki əhalisinə qarşı hərbi cinayətləri haqqında bilməlidir”.

Qeyd edək ki, Rusiya hərbçiləri Ukraynanın dinc əhalisinə qarşı törədilən qətliam aktlarını gizlətmək üçün həlak olanların meyitlərini toplayaraq qardaşlıq məzarında dəfn edir və ya mobil krematori vasitəsilə onları yandırır.

Xatırladaq ki, Rusiya ilə sərhədyanı bölgədə yerləşən Ukraynanın Donetsk vilayətinin Mariupol şəhəri martın 1-dən bəri mühasirədədir. Rusiya qüvvələri Mariupolun böyük hissəsini nəzarətə ala bilsə də, şəhərdəki “Azovstal” zavodunu ələ keçirə bilməyib. Zavod şəhərin dörddəbir hissəsini təşkil edir. Hazırda zavodun ərazisinə minlərlə dinc sakin sığınıb. Oranın müdafiəsində Ukraynanın “Azov” alayı durur.

Son xəbərlər

Orphus sistemi