"Gürcü Arzusu": Müxalifət Gürcüstana qarşı düşmənçilik edir

"Gürcü Arzusu": Müxalifət Gürcüstana qarşı düşmənçilik edir Mamuka Mdinaradze: Müxalifət və keçmiş rejim Gürcüstana qarşı düşmənçilik edir, 2008-ci il müharibəsi ilə bağlı istintaqda hərbçilər hədəf olmayacaq.
Region
9 Yanvar , 2025 15:30
Gürcü Arzusu: Müxalifət Gürcüstana qarşı düşmənçilik edir
Mamuka Mdinaradze

Müxalifət və keçmiş rejim Gürcüstana qarşı düşmənçilik edir, 2008-ci il müharibəsi ilə bağlı istintaqda hərbçilər hədəf olmayacaq.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu “Gürcü Arzusu” partiyasının icraçı katibi və parlament əksəriyyətinin lideri Mamuka Mdinaradze bu gün keçirilən mətbuat konfransında deyib.

O, müxalifətin Avropa Şurası Parlament Assambleyasının prezidenti və parlament fraksiyalarına Gürcüstanın parlament nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsi ilə bağlı müraciət etmələrini kəskin tənqid edib. Partiyanın icraçı katibi bu addımı Gürcüstana qarşı təxribat adlandırıb:

"Bu, ölkənin xarici əlaqələrinə zərər vurmaq, Gürcüstanı mümkün qədər çətin vəziyyətə salmaq məqsədi güdür. İstəyirlər ki, ABŞ-də prezidentin andiçmə mərasimindən sonra Avropa strukturları və ABŞ ilə əlaqələr elə gərginləşsin ki, onların düzəldilməsi ya çox vaxt aparsın, ya da çətinləşsin. Bu, düşmənçilikdir”.

M.Mdinaradze əlavə edib ki, müxalifət nümayəndələri xarici qüvvələrin təzyiqi altında fəaliyyət göstərirlər:

"2008-ci il müharibəsi ilə bağlı istintaqın hədəfi hərbçilər olmayacaq. Müvəqqəti parlament araşdırma komissiyasının 2008-ci il müharibəsi ilə bağlı istintaqının hədəfi hərbçilər və əsgərlər deyil. Komissiya yalnız rejimin vəzifəli şəxslərini və müharibə cinayətlərində ittiham oluna biləcək şəxsləri dindirəcək".

O, “Gürcü Arzusu” partiyasının xaricdən gələn spekulyasiyalara qarşı hazır olduğunu vurğulayıb və keçmişdəki hadisələrin düzgün qiymətləndirilməsinin vacibliyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi