Belarus prezidenti: “Yeni seçkiləri gözləməyin”

Belarus prezidenti: “Yeni seçkiləri gözləməyin” “Mənim təzyiq altımda nəsə edəcəyimizi düşünürsünüzsə, çox gözləyəcəksiniz".
Region
17 Avqust , 2020 12:40
Belarus prezidenti: “Yeni seçkiləri gözləməyin”
Aleksandr Lukaşenko

“Mənim təzyiq altında nəsə edəcəyimizi düşünürsünüzsə, çox gözləyəcəksiniz. Yeni seçkilər olmayacaq. Çünki belə olduğu halda nə Minsk Təkər Zavodu, nə MAZ, nə də BELAZ olacaq, yarım ilə hər şeyi məhv edəcəyik”.

“Report” “BelTA”ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O, hakimiyyət səlahiyyətlərinin küçə nümayişləri ilə deyil, konstitusion yolla müəyyənləşdiriləcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi