Litva Ukraynaya “M-577” zirehli döyüş maşınları verib

Litva Ukraynaya “M-577” zirehli döyüş maşınları verib Litva “M-577” zirehli transportyorlarının partiyasını Ukraynaya təhvil verib.
Region
6 Aprel , 2024 14:45
Litva Ukraynaya “M-577” zirehli döyüş maşınları verib

Litva “M-577” zirehli döyüş maşınları partiyasını Ukraynaya təhvil verib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri Laurinas Kasçyunas bildirib ki, Ukraynaya kömək etmək strateji məqsədləridir: "Bizim və müttəfiqlərimizin təhvil verdiyi silah və texnika Ukraynanın hərbi ehtiyaclarını ciddi şəkildə ödəyir".

Ölkə Ukraynaya hərbi dəstək planı hazırlayıb. Bu dəstək 2024-cü ildən 2026-cı ilə qədər azı 200 milyon avro təşkil edəcək. Hərbi əməliyyatlar başlayandan bəri Litva Ukraynaya 605 milyon avro məbləğində hərbi yardım göstərib.

Son xəbərlər

Orphus sistemi