Levon Ter-Petrosyan: “Paşinyan ziyanvericidir”

Levon Ter-Petrosyan: “Paşinyan ziyanvericidir” “Qoy nə istəyir danışsın. Onunsuz da onun bəraət qazanmağa şansı yoxdur. Erməni xalqı onu heç vaxt bağışlamayacaq”
Region
3109
30 Noyabr , 2020 15:11
Levon Ter-Petrosyan: “Paşinyan ziyanvericidir”
Levon Ter-Petrosian
0 : 00
0 : 00

“Bu ziyanvericinin və milləti məhvə aparanın dediklərini şərh etmək mənasızdır”.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın adından onun mətbuat katibi Arman Musinyan feysbuk səhifəsində yazıb.

“Qoy nə istəyir danışsın. Onunsuz da, onun bəraət qazanmağa şansı yoxdur. Erməni xalqı onu heç vaxt bağışlamayacaq”, - A.Musinyan sabiq dövlət başçısının mesajını çatdırarkən bildirib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan və Robert Köçaryan mövcud durumu müzakirə etmək üçün Rusiyanın paytaxtı Moskvaya səfər edəcəkdilər. Lakin sonradan səfər baş tutmadı. Buna səbəb kimi R.Köçaryanın koronavirusa yoluxması göstərildi.

Ermənistan baş naziri Nikol Paşinyan noyabrın 29-da bildirib ki, sabiq dövlət başçılarının səfəri üçün R.Köçaryanın barəsində açılan cinayət işi ilə əlaqədar alınan xarici pasportunun ona geri verilməsini tapşırıb. N.Paşinyan qeyd edib ki, yaradılmış bütün şəraitə baxmayaraq, sabiq prezidentlər Moskvaya səfər etməyiblər.

Son xəbərlər

Orphus sistemi