Lavrov: “Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazırdır” - YENİLƏNİB

Lavrov: “Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazırdır” - YENİLƏNİB Rusiya xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında Makedoniyanın paytaxtı Skopyedə ATƏT-ə üzv ölkələrin XİN başçıları Şurasının toplantısı çərçivəsində görüşü olub.
Region
30 Noyabr , 2023 16:17
Lavrov: “Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazırdır” - YENİLƏNİB

“Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Skopyedə ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə deyib.

Qeyd olunub ki, nazirlər üçtərəfli sazişlərin icrasını müzakirə ediblər.

Onlar, həmçinin Ermənistan və Azərbaycanın arasında sülh sazişinin imzalaması imkanlarını müzakirə ediblər.

Tərəflər təmasların davam etdirilməsinin zəruriliyini təsdiqləyiblər.

14:56

Rusiya xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında Şimali Makedoniyanın paytaxtı Skopyedə ATƏT-ə üzv ölkələrin XİN başçıları Şurasının toplantısı çərçivəsində görüş olub.

“Report” xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Görüşün detalları haqqında məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi