Kuba Prezidenti Rusiyaya səfər edəcək

Kuba Prezidenti Rusiyaya səfər edəcək Kuba Prezidenti Migel Dias-Kanel Bermudes gələn həftə Rusiya səfər edəcək.
Region
16 Noyabr , 2022 12:49
Kuba Prezidenti Rusiyaya səfər edəcək

Kuba Prezidenti Migel Dias-Kanel Bermudes gələn həftə Rusiya səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə TASS-a Kubanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü və Fidel Kastronun abidəsinin açılışında iştirak etməsi planlaşdırılır.

Səfirlik məlumat verib ki, Kuba inqilabı liderinin abidəsinin açılışı noyabrın 22-də baş tutacaq və Migel Dias-Kanel Bermudes nümayəndə heyəti ilə birgə bir neçə gün əvvəl Rusiya paytaxtına gələcək.

Son xəbərlər

Orphus sistemi