"Crocus City Hall"dakı terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb

"Crocus City Hall"dakı terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb Moskva vilayətində “Krokus siti holl”dakı terror aktında şübhəli bilinən 2 nəfər saxlanılıb. Onlar Bryansk vilayətində ələ keçirilib.
Region
23 Mart , 2024 10:09
Crocus City Halldakı terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb

Moskva vilayətində "Crocus City Hall"dakı terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb. Onlar Bryansk vilayətində ələ keçirilib.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Qeyd olunub ki, cinayətkarların olduğu ehtimal edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Teplı kəndi yaxınlığında saxlanılıb. İlkin məlumatlara görə, avtomobildə 6 nəfər olub. Onlardan 2-si saxlanılıb, 4-ü isə qaçıb.

Saxlanılanlar Tacikistan vətəndaşlarıdır. Onların terror aktında əli olub-olmadığı dəqiqləşdirilir.

Daha 4 nəfər axtarılır.

Məlumata görə, 6 terrorçudan 4-nün şəxsiyyət məlum olub. Onlar 37 yaşlı Nəsridinov Məhmədrəsul, 51 yaşlı İsmonov Rivojidin, 21 yaşlı Safolzoda Shoxinjonn və 29 yaşlı Nəzərov Rüstəmdir. Onların hər birinin Tacikistan vətəndaşı olduğu bildirilib. Bunlardan hansının saxlanıldığı məlum deyil.

Xatırladaq ki, ötən axşam Moskvadakı "Crocus City Hall"da terror aktı baş verib. Hadisə nəticəsində 80-dən çox adam ölüb.

Son xəbərlər

Orphus sistemi