Kreml Baş Qərargah rəisinin Ukraynaya göndərilməsinin səbəbini açıqlayıb

Kreml Baş Qərargah rəisinin Ukraynaya göndərilməsinin səbəbini açıqlayıb “Valeri Gerasimovun birləşmiş qoşunlar qrupunun komandiri təyin edilməsi xüsusi hərbi əməliyyatın vəzifələrinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır”.
Region
12 Yanvar , 2023 14:51
Kreml Baş Qərargah rəisinin Ukraynaya göndərilməsinin səbəbini açıqlayıb

“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Ukraynadakı Birləşmiş Qoşunlar Qrupunun komandiri təyin edilməsi xüsusi hərbi əməliyyatın vəzifələrinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Soledar qəsəbəsində döyüşlər davam edir: “Lakin əsas iş hələ qabaqdadır”.

D.Peskov eyni zamanda Rusiyanın işğalı altında olan ərazilərdə Böyük Britaniya vətəndaşların itkin düşməsi barədə də danışıb: “Britaniya axtarışlara kömək üçün bizə rəsmi müraciət etməyib”.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Ukraynadakı qoşunlarına “Cənab Armegeddon” ləqəbli general-leytenant Sergey Sorovikin rəhbərlik edib. O, bu vəzifədə cəmi üç ay işləyib.

Yanvarın 11-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya indiyədək 111 170 nəfər itki verib.

Son xəbərlər

Orphus sistemi