Kosaçev: "Ermənistanın indiki rəhbərliyi ölkəni mümkün qədər Rusiyadan uzaqlaşdırır"

Kosaçev: "Ermənistanın indiki rəhbərliyi ölkəni mümkün qədər Rusiyadan uzaqlaşdırır" Rusiya ilə normal mehriban qonşuluq münasibətləri olmadan Ermənistana çox çətin olacaq.
Region
16 Yanvar , 2024 17:15
Kosaçev: Ermənistanın indiki rəhbərliyi ölkəni mümkün qədər Rusiyadan uzaqlaşdırır

Rusiya ilə normal mehriban qonşuluq münasibətləri olmadan Ermənistana çox çətin olacaq.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev “Russia Today” Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçirdiyi brifinqdə ölkənin qonşu dövlətlərlə münasibətlərinin 2024-cü ildə necə inkişaf edəcəyini proqnozlaşdırarkən deyib.

“Ermənistanla bağlı dinamika açıq şəkildə mənfidir. Hər şey göz qabağındadır. Ermənistanın indiki rəhbərliyi ölkəni mümkün qədər Rusiyadan uzaqlaşdırır. Amma mənə elə gəlir ki, bu hələ də qonşularımızın həyatında müvəqqəti süjetdir, çünki Rusiya ilə normal mehriban qonşuluq münasibətləri olmadan, Ermənistana çox çətin olacaq”, - o bildirib.

K.Kosaçev qeyd edib ki, Ermənistanın Qərb dostları tərəfindən dəstəklənəcəyi ilə bağlı ümidlər illüziyadan başqa bir şey deyil.

Onun sözlərinə görə, Azərbaycan və Mərkəzi Asiya dövlətləri ilə münasibətlərdə vəziyyət daha stabildir: “Bu, daha çox Rusiyanın xarici siyasətinin effektivliyindən asılı olacaq”.

Son xəbərlər

Orphus sistemi