Konstantin Zatulin: “Roma statutunun ratifikasiyası Putinin İrəvana girişinə qadağa qoymaqdır”

Konstantin Zatulin: “Roma statutunun ratifikasiyası Putinin İrəvana girişinə qadağa qoymaqdır” Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya etməsi əslində Rusiya prezidenti Vladimir Putinin bu ölkəyə girişinə qadağa kimi də qiymətləndirilə bilər”.
Region
3 Oktyabr , 2023 16:33
Konstantin Zatulin: “Roma statutunun ratifikasiyası Putinin İrəvana girişinə qadağa qoymaqdır”

“Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya etməsi əslində Rusiya Prezidenti Vladimir Putinin bu ölkəyə girişinə qadağa kimi də qiymətləndirilə bilər”.

“Report” xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə rəhbərinin birinci müavini, deputat Konstantin Zatulin bildirib.

Hər zaman ermənipərəst mövqeyi ilə seçilən deputatın sözlərinə görə, rəsmi İrəvan Roma statutunun ratifikasiyasının əhəmiyyətini hər vəchlə azaltmağa çalışır və həmçinin sənədin müddəalarını Rusiyanın hökumət rəsmilərinə şamil olunmayacağına əmin edir.

“Mən yaxın gələcəkdə Rusiya Prezidentinin Ermənistana səfəri üçün ratifikasiyalı və ya ratifikasiyasız heç bir perspektiv görmürəm”, - K.Zatulin bildirib.

Deputatın fikrincə, İrəvan bilir ki, bu cür hərəkətlər əslində Rusiya lideri üçün Ermənistana girişə qadağa qoyulması deməkdir. O əlavə edib ki, Ermənistan bundan əvvəl RT-nin baş redaktoru Marqarita Simonyan, jurnalist Aram Qabrelyanov və digər şəxslərin ölkəyə girişinə qadağa qoyub.

Qeyd edək ki, Ermənistan parlamenti oktyabrın 3-də Roma statutunu ratifikasiya edib.

Sənədin lehinə 60, əleyhinə 22 deputat səs verib. Roma statutunun qüvvəyə minməsi üçün sənədi Ermənistan prezidenti imzalamalıdır. Bundan sonra sənəd 60 gün ərzində qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi