Koçaryan Ermənistanın sabiq prezidentlərini hakimiyyətə qarşı mübarizəyə çağırdı

Koçaryan Ermənistanın sabiq prezidentlərini hakimiyyətə qarşı mübarizəyə çağırdı Ermənistanın keçmiş prezidenti Robert Koçaryan sabiq dövlət başçıları Levon Ter Petrosyana və Serj Sarkisyana hakimiyyətə qarşı var güc ilə mübarizə aparmağı təklif edib
Region
9 May , 2021 18:19
Koçaryan Ermənistanın sabiq prezidentlərini hakimiyyətə qarşı mübarizəyə çağırdı
Robert Koçaryan

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan sabiq dövlət başçıları Levon Ter-Petrosyana və Serj Sarkisyana hakimiyyətə qarşı var qüvvə ilə mübarizə aparmağı təklif edib.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

"Mən birinci və üçüncü prezidentlərə (Ter-Petrosyana və Sarkisyana - red.) bu hakimiyyətə qarşı mübarizə aparmağı, hər gün mübarizə aparmağı təklif edirəm və əgər mübarizə aparmaq niyyətindədirlərsə, deməli müvəffəqiyyətə nail olacağıq, bu ümumi müvəffəqiyyət olacaq", - Koçaryan "Ermənistan" seçki blokunun nümayişində deyib.

Koçaryanın sözlərinə görə, bunun üçün vahid blokun formalaşması vacib deyil və o seçkilərə ayrı ittifaqla getməyə qərar verdi. "Əgər onlar (sabiq prezidentlər – red.) bütün qüvvələri ilə bu mübarizəyə daxil olsalar bunu alqışlayacağıq", - Koçaryan qeyd edib.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün istefa verir. O qeyd edib ki, seçkiqabağı dövrdə hökumət başçısı vəzifələrini icrasını davam etdirəcək. Paşinyan növbədənkənar parlament seçkilərinin iyunda keçiriləcəyini elan edib.

Son xəbərlər

Orphus sistemi