Ukraynada Rusiyanın daha bir qırıcısı vurulub

Ukraynada Rusiyanın daha bir qırıcısı vurulub Ukraynanın Kiyev vilayətinin paytaxtdan 8 km məsafədə yerləşən İrpen şəhərində Rusiya qüvvələrinin Su-30 qırıcısı vurulub.
Region
3 Mart , 2022 13:27
Ukraynada Rusiyanın daha bir qırıcısı vurulub

Ukrayna Hava Hücumundan Müdafiə Birləşmiş Qüvvələri ölkənin Donetsk vilayətinin cənub-qərbində yerləşən Volnovaxa şəhərində Rusiyanın “Su-34” bombardmançı təyyarəsini vurublar. 

“Report” xəbər verir ki, məlumat Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində yayılıb. 

Bildirilib ki, bu təyyarə şəhər sakinlərini və infrastrukturu bombalayırmış.

12:11

Ukraynanın Kiyev vilayətinin paytaxtdan 8 km məsafədə yerləşən İrpen şəhərində Rusiya qüvvələrinin Su-30 qırıcısı vurulub.

“Report” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı feysbukda yazıb.

Qeyd edək ki, ötən gün İrpen şəhəri Rusiya qüvvələrinin şiddətli bombardmanına məruz qalıb. Nəticədə şəhərdə çox sayda dinc sakin həlak olub.

Son xəbərlər

Orphus sistemi