Kiyevdə Ukrayna-Avropa İttifaqı sammiti keçiriləcək

Kiyevdə Ukrayna-Avropa İttifaqı sammiti keçiriləcək Ukrayna-Avropa İttifaqı sammiti fevralın 3-də Kiyevdə keçiriləcək.
Region
9 Yanvar , 2023 19:17
Kiyevdə Ukrayna-Avropa İttifaqı sammiti keçiriləcək

Ukrayna-Avropa İttifaqı sammiti fevralın 3-də Kiyevdə keçiriləcək.

“Report” xəbər verir ki, bu tarix Avropa İttifaqı Şurasına yanvarın 1-dən etibarən sədrlik edən İsveç tərəfindən təsdiqlənib.

Daha əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirmişdi ki, sammitdə Ukraynanın Aİ-yə daxil olması üçün zəruri şərtlərin müzakirəsi planlaşdırılır.

Tərəflər, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh formulunu və Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi