Kiyevdə partlayış olub

Kiyevdə partlayış olub Polis: Bomba zərərsizləşdirənlər tərəfindən “Minski” bazarında iki əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib
Region
21 İyul , 2020 16:42
Kiyevdə partlayış olub

Ukrayna paytaxtı Kiyevdə “Minskayametro stansiyasının yaxınlığında partlayış baş verib.

ReportTASS-a istinadən xəbər verir ki, partlayışın videosu Kiev Operativnıy"ın "Telegram" kanalında yayımlanıb.

Kiyev polis idarəsindən bildirilib ki, metro stansiyası yaxınlığında partlayıcı maddə olması şübhəsi ilə bağlı daxil olan məlumat əsasında göstərilən yerdə yoxlama aparan bomba zərərsizləşdirənlər “Minski” bazarında iki əldəqayırma partlayıcı qurğunu zərərsizləşdirib.

“Qalıqlar ekspertiza üçün götürülüb. Hüquq-mühafizə orqanları əməkdaşları ərazidə işləməyə və ətraf əraziyə baxış keçirməyə davam edir”, - məlumatda bildirilir.

Qeyd edək ki, Ukraynanın qərbindəki Lutsk şəhərində terrorçu 20 sərnişini girov götürüb. Terrorçu silahlı olduğunu, avtobusun isə minalanmış olduğunu vurğulayıb. Kiyev və Lutsk şəhərlərində baş verən hadisələrin bir-biri ilə əlaqəli olub-olmadığı barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi