Ukraynada 20 nəfəri girov götürən terrorçu siyasi tələblər irəli sürdü

Ukraynada 20 nəfəri girov götürən terrorçu siyasi tələblər irəli sürdü Ukraynanın qərbində yerləşən Lutsk şəhərində naməlum şəxs avtobus sərnişinlərini əsir götürüb
Region
21 İyul , 2020 16:25
Ukraynada 20 nəfəri girov götürən terrorçu siyasi tələblər irəli sürdü

Ukraynanın Lutsk şəhərində avtobusun 20 sərnişinini girov götürən şəxs bir sıra siyasi tələblər irəli sürüb, həmçinin onun kimliyi də bəlli olub.

“Report” “Inforesist”ə istinadən xəbər verir ki, “Maksim Ploxoy” ləqəbli şəxsin əsl adı Maksim Krivoşdur.

M.Krivoş ümumilikdə 10 il həbsdə olub, hətta orada “Cinayətkarın fəlsəfəsi” kitabını belə yazıb.

Rəsmi mənbələrdən alınan məlumata görə, 44 yaşlı Maksim Krivoş psixi xəstəxanada da müalicə olunub. O, Ukrayna vətəndaşıdır, lakin Rusiyada doğulub. 

Cinayətdən öncə M.Krivoş internetdə videomüraciət yayıb. O, videomüraciətində “Antisistem günü münasibətilə təbriklərini çatdırıb.

Onun tələblərinə görə, məhkəmə, nazirliklər, prokurorluqlar, parlament, kilsə rəhbərləri, həmçinin eks-prezident Pyotr Poroşenko, İqor Kolomoyski “Youtube”a videomüraciət yükləyərək orada özlərini “qanuni terrorçu” elan etməlidirlər. Həmçinin əlavə edib ki, prezident V.Zelenski videomüraciətində bu sözləri desin: “2005-ci ilin “Yerlilər” filmini hər kəs izləsin!”.


*** 11:57

Ukraynanın qərbində yerləşən Lutsk şəhərində naməlum şəxs avtobus sərnişinlərini girov götürüb.

“Report” “Hromadske”yə istinadən xəbər verir ki, avtobusda azı 20 sərnişin var.

Məlumata görə, həmin şəxs silahlıdır və üzərində partlayıcı qurğu var.  

Bildirilib ki, hadisənin baş verdiyi yerdə atəş səsləri eşidilib.

Son xəbərlər

Orphus sistemi