Əhmədinejadın öldürülməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil - YENİLƏNİB

Əhmədinejadın öldürülməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil - YENİLƏNİB İranın keçmiş prezidenti Mahmud Əhmədinejad Tehranda sui-qəsd nəticəsində öldürülüb.
Region
18 iyun 2025 01:05
Əhmədinejadın öldürülməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil - YENİLƏNİB

Azərbaycan Dövlət Televiziyası İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın öldürülməsi ilə bağlı yayılan xəbərə görə tamaşaçılardan üzr istəyib.

Report xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:

“AzTV Xəbər”in 20.00 buraxılışında İran İslam Respublikasının sabiq Prezidenti Mahmud Əhmədinejada qarşı sui-qəsd törədilməsi ilə bağlı məlumat verilib.

Xəbər rəsmi mənbələrdə təsdiqini tapmadığına görə, tamaşaçılardan üzr istəyirik”.

22:50

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın öldürülməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

"Report" xəbər verir ki, bu barədə IRNA agentliyi keçmiş prezidentin ofisinin bəyanatına istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Əhmədinejadın ofisi bu məlumatı yalan adlandırıb.

21:03

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad Tehranda sui-qəsd nəticəsində öldürülüb.

"Report" xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.

Məlumata görə, o, küçədə açılan atəşlə qətlə yetirilib.

Orphus sistemi