Bakı. 7 mart. REPORT.AZ/ Türkiyə-Rusiya-İran üçtərəfli sammiti aprelin 4-də İstanbulda keçiriləcək.
Bu barədə "Report" "Milliyet" qəzetinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, aprelin 3-də yüksək səviyyədə Əməkdaşlıq Şurasının iclası baş tutacaq, bundan sonra isə aprelin 4-də Suriya üzrə Türkiyə-Rusiya-İran sammiti keçiriləcək.
Qeyd edək ki, dünən Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy Ankarada təşkil edilən mətbuat konfransında sammitin aprelin əvvəlində keçiriləcəyini bildirib, ancaq dəqiq tarix söyləməyib.