​KİV: MHP-nin koalisiya hökuməti qurmaq üçün irəli sürdüyü şərtlər məlum olub

​KİV: MHP-nin koalisiya hökuməti qurmaq üçün irəli sürdüyü şərtlər məlum olub Partiyanın bununla bağlı hazırladığı "yol xəritəsi"ndə üç əsas şərt qeyd edilib
Region
9 İyun , 2015 13:09
​KİV: MHP-nin koalisiya hökuməti qurmaq üçün irəli sürdüyü şərtlər məlum olub

Bakı.9 iyun. REPORT.AZ/ Türkiyədə keçirilən parlament seçkisində 16,29 faiz səs toplayaraq Böyük Millət Məclisində 80 deputat yeri qazanan Milliyətçi Hərəkat Partiyasının (MHP) koalisya hökuməti qurmaq üçün irəli sürdüyü şərtlər məlum olub. "Report" Türkiyə mətbuatına istinadən xəbəb verir ki, partiya şərtləri rəsmi formada açıqlamasa da, yerli KİV bununla bağlı "yol xəritəsi"ni yayıb.  

Xəbərə görə, MHP koalisiya hökuməti ilə bağlı "yol xəritəsi" hazırlayıb və şərtlər irəli sürüb. Partiya hesab edir ki, milliyyətçilərin təmsil olunduğu koalisiya hökuməti Ədalət və İnkişaf Partiyasının Türkiyənin idarəçilik quruluşunun dəyişdirilərək prezidentlik sisteminə keçiləcəyi haqda vədindən imtina etməlidir, dövlətin unitar quruluşu dəyişdirilməməlidir, PKK-nın yaratdığı problemlərin həllinə yönələn çözüm prosesi layihəsinə son verilməlidir: "Prezidentlik sisteminə keçiləcəyi haqda vəddən imtina edilsin və parlament sistemi davam etdirilsin, yeni konstitusiyanın hazırlanması istiqamətində işlər davam edəcəksə, türk kimliyi və dövlətin unitar quruluşunda heç bir dəyişiklik edilməsin, "çözüm sürəci" adlanan prosesdən terrorun siyasi bağları yararlandığından ölkənin mövcudluğu üçün bundan imtina edilsin. Rüşvət və korrupsiya iddiaları araşdırılsın".

Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlament seçkisində ən çox səs toplayan Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlunu qəbul edəcək və ona koalisiya hökumətinin qurulması ilə bağlı görüşlər keçirməsini tapşıracaq.  

Son xəbərlər

Orphus sistemi