Kazandakı atışmada şagirdlər məktəbin pəncərələrindən tullanıblar - VİDEO

Kazandakı atışmada şagirdlər məktəbin pəncərələrindən tullanıblar - VİDEO Yaxınlıqdakı binalardan birindən çəkilmiş videogörüntülərdə iki şagirdin özünü binanın üçüncü mərtəbəsindən atdığını görmək olar
Region
11 May , 2021 12:15
Kazandakı atışmada şagirdlər məktəbin pəncərələrindən tullanıblar - VİDEO

Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışma zamanı şagirdlər canlarını qurtarmaq üçün özlərini məktəbin pəncərələrindən atmağa məcbur qalıblar.

“Report” xəbər verir ki, hadisənin dəhşətli videogörüntüləri yayılıb.

Yaxınlıqdakı binalardan birindən çəkilmiş videogörüntülərdə iki şagirdin özünü binanın üçüncü mərtəbəsindən atdığını görmək olar. Bu zaman atəş səsləri eşidilir.

Digər şagirdlər aşağı mərtəbədəki pəncərələrdən atlayaraq qaçmağa çalışıblar.

Son məlumatlara görə, atışmada 9 nəfər həlak olub. Atəş açan saxlanılıb.

Son xəbərlər

Orphus sistemi