Kanadanın XİN başçısı Ukraynaya gəlir, səfər 6 gün davam edəcək

Kanadanın XİN başçısı Ukraynaya gəlir, səfər 6 gün davam edəcək Kanadanın xarici işlər naziri Melani Joli qarşıdan gələn həftə 6 günlüyə Ukraynaya səfər edəcək.
Region
15 Yanvar , 2022 15:35
Kanadanın XİN başçısı Ukraynaya gəlir, səfər 6 gün davam edəcək

Kanadanın xarici işlər naziri Melani Joli qarşıdan gələn həftə Ukraynaya səfər edəcək.

“Report” “CBC” telekanalına istinadən xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, rəsmi Ottava Ukraynanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir.

“Kanada insan hüquqlarının və ukraynalıların şərəfinin müdafiəsi əsasında beynəlxalq miqyasda tərəfdaşları ilə birgə işi davam etdirəcək”, - XİN-dən bildirilib.

M.Jolinin Ukrayna səfəri 6 gün davam edəcək.

İngilis versiyası Canadian FM to visit Ukraine

Son xəbərlər

Orphus sistemi