Kanada Avstraliya, Böyük Britaniya və ABŞ ilə AUKUS hərbi ittifaqına qoşulma ilə bağlı danışıqlar aparır.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo jurnalistlərə bildirib.
“Biz artıq AUKUS-un işçi qruplarında müşahidəçiyik. ABŞ, Böyük Britaniya və Avstraliya ilə daha yaxından işləyə biləcəyimizə dair səmərəli müzakirələr aparmışıq”, - C.Trüdo deyib.
AUKUS - 2021-ci ildə qurulan Avstraliya, Böyük Britaniya və ABŞ təhlükəsizlik tərəfdaşlığıdır. Bu tərəfdaşlığa, o cümlədən, Kanberra üçün nüvə sualtı qayıqlarının tikintisi və digər birgə hərbi inkişaflar daxildir.