İstanbulda gecə klubundakı partlayışın təşkilatçısı həbs edilib

İstanbulda gecə klubundakı partlayışın təşkilatçısı həbs edilib Onun terrorçu İŞİD qruplaşmasının üvü olduğu bildirilib
Region
14 Fevral , 2017 14:06
İstanbulda gecə klubundakı partlayışın təşkilatçısı həbs edilib

Bakı. 14 fevral. REPORT.AZ/ “Reina” gecə klubunda törədilən partlayışın təşkilatçısı İstanbulda tutulub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Burdur prokurorluğu açıqlama yayıb.

Məlumata görə, o, Fransa vətəndaşıdır və iki gün əvvəl Burdur məhkəməsi tərəfindən barəsində həbs qətiimkan tədrbiri seçilməsi haqqında qərar qəbul edib.

Xəbərdə bildirilib ki, Türkiyə əsilli A.S. adlı fransalı 2009-cu ildən Fransada yaşayır. Onun terrorçu İŞİD qruplaşmasının üvü olduğu vurğulanıb.

Qeyd edək ki, 2017-ci il yanvarın 1-nə keçən gecə İstanbulun “Reina” gecə klubunda 39 nəfəri qətlə yetirmiş terrorçu Əbdülqadir Maşaripov həbs edilib. Ona qarşı “39 nəfərin qəsdən qətlə yetirilməsi”, “İŞİD terror qruplaşmasına üzvlük”, “qanunsuz silah gəzdirmək” və s. ittihamlar irəli sürülüb. 

Son xəbərlər

Orphus sistemi