İstanbulda azərbaycanlı rəssamın “Qarabağın mirası” adlı rəsm sərgisi açılıb

İstanbulda azərbaycanlı rəssamın “Qarabağın mirası” adlı rəsm sərgisi açılıb İstanbulda azərbaycanlı rəssam Nigar Helmi Abbasbəylinin “Qarabağın mirası” adlı fərdi rəsm sərgisinin rəsmi açılış mərasimi olub.
Region
12 May , 2022 22:00
İstanbulda azərbaycanlı rəssamın “Qarabağın mirası” adlı rəsm sərgisi açılıb

İstanbulda azərbaycanlı rəssam Nigar Helmi Abbasbəylinin “Qarabağın mirası” adlı fərdi rəsm sərgisinin açılış mərasimi olub.

"Report"un yerli bürosu xəbər verir ki, İstanbulun Atatürk Mədəniyyət Mərkəzində təşkil olunan sərgi mayın 22-dək davam edəcək.

Türkiyə və Azərbaycan mədəniyyət nazirliklərinin birgə layihəsi əsasında ərsəyə gələn tədbir ölkəmizin İstanbuldakı Baş konsulluğu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “Mezo digital Art” ın birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən Nigar Helmi Abbasbəyli sərginin ərsəyə gəlməsi barədə danışıb: “Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsi nəticəsində azad edilən torpaqlarımız işğal dövrü ərzində xarabalığa çevrilib. Bu, məni çox təsirləndirdi və rəsmə çevirmək istədim. Orada yalnız yaşayış yerləri deyil, Azərbaycanın dahi insanlarının ev muzeyləri, tarixi abidələrimiz viran qoyulub”.

Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva sərginin tam tərkibdə ilk dəfə məhz İstanbulda keçirilməsinin ölkələrimiz arasındakı sıx qardaşlıq bağlarının daha bir nümunəsi olduğunu vurğulayıb.

Qeyd edək ki, mərasimdə Türkiyənin turizm və mədəniyyət nazirinin müavini Özgül Özkan Yavuz, qardaş ölkədə fəaliyyət göstərən azərbaycanlı incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, diplomatlar və digərləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi