İstanbul hava limanının fəaliyyəti bu gün günorta saatlarında bərpa olunacaq

İstanbul hava limanının fəaliyyəti bu gün günorta saatlarında bərpa olunacaq Güclü qar səbəbindən reysləri qəbul etməyən İstanbul hava limanının fəaliyyəti saat 13:00-dan sonra bərpa olunacaq.
Region
25 Yanvar , 2022 11:09
İstanbul hava limanının fəaliyyəti bu gün günorta saatlarında bərpa olunacaq

Güclü qar səbəbindən reysləri qəbul etməyən İstanbul hava limanının fəaliyyəti saat 13:00-dan sonra bərpa olunacaq.

“Report” xəbər verir ki, bu barədə “Turkish Airlines” şirkətinin baş direktoru Bilal Ekşi məlumat verib.

“Uçuş-eniş zolaqlarının təmizlənməsi istiqamətində fəal işlər aparılır. Saat 13:00-dan sonra hava limanının fəaliyyətini bərpa olunacaq”, - o, tviter səhifəsində yazıb.

Xatırladaq ki, hava şəraitinin pisləşməsi Türkiyənin müxtəlif regionlarında çoxsaylı yol-nəqliyyat hadisələrinə səbəb olub. Meteoroloqlar qarın bir həftə davam edəcəyini açıqlayıblar.

Son xəbərlər

Orphus sistemi