İzmirdə meşə yanğını nəticəsində 30 ev yanıb - YENİLƏNİB

İzmirdə meşə yanğını nəticəsində 30 ev yanıb - YENİLƏNİB Türkiyənin İzmir şəhərində meşə yanır.
Region
16 Avqust , 2024 15:15
İzmirdə meşə yanğını nəticəsində 30 ev yanıb - YENİLƏNİB

Türkiyənin İzmir şəhərində meşədə başlayan və yaşayış yerlərinə yayılan yanğın nəticəsində 30 ev yanıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV- i məlumat yayıb.

Bayraklı rayonun bələdiyyə sədri İrfan Önal məsələ ilə bağlı açıqlama verərək vətəndaşlardan evlərini tərk etmələrini xahiş edib.

Onun sözlərinə görə, bir kənd və bəzi evlər artıq təxliyə edilib.

Həmçinin qeyd edilib ki, yanğın ətrafdakı sənaye obyektlərinə də keçib.

12:56

Türkiyənin İzmir şəhərində meşə yanır.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Karşıyaka rayonunda baş verir.

Tüstü dumanı şəhəri bürüyüb.

Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

Hadisə yerinə iki təyyarə və dörd helikopter cəlb olunub.

Bildirilib ki, rayonda elektrik təminatında problem yaranıb.

Son xəbərlər

Orphus sistemi