İsmail Demir: “Daha yaxşı zərbə PUA-ları düzəltmək istəyirik”

İsmail Demir: “Daha yaxşı zərbə PUA-ları düzəltmək istəyirik” “Müdafiə sənayesində pandemiya səbəbindən layihələrimizdə fasilələr olmadı”.
Region
6 Sentyabr , 2021 15:53
İsmail Demir: “Daha yaxşı zərbə PUA-ları düzəltmək istəyirik”
İsmail Demir

“Müdafiə sənayesində pandemiya səbəbindən layihələrimizdə fasilələr olmadı”.

“Report” xəbər verir ki, bunu “TRT Haber”ə müsahibəsi zamanı Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir söyləyib.

“Müdafiə sənayesində pandemiya dönəmini “dayanmaq yoxdur, yola davam” şüarı çərçivəsində keçirdik. Təbii ki, tədbirləri maksimum səviyyədə alaraq məsafə və digər şərtlərə əməl etdik. Bir az yavaşlama oldu, amma layihələrimizdə fasilələr olmadı. Dayanmadan məhsulların təhvil işlərini həyata keçiririk. Layihələrimiz davam edir. Zərbə PUA-larını istifadə etdik, amma rəqiblərimiz bunların imkanları ilə bağlı bir fikrə sahib oldular. Dayansaq, gəlib çatarlar. Buna görə də daha yaxşı zərbə PUA-ları düzəltmək istəyirik, bunun üçün çalışırıq. Dayanmaq olmaz, mütləq yeni texnologiyalara baş yormaq lazımdır”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi