İrəvanın Ağsaqqallar Şurasına saxtakarlıqlarla keçirilən seçkilərdə Paşinyanın partiyası öndədir - YENİLƏNİB

İrəvanın Ağsaqqallar Şurasına saxtakarlıqlarla keçirilən seçkilərdə Paşinyanın partiyası öndədir - YENİLƏNİB Ermənistanın paytaxtı İrəvanın Ağsaqqallar Şurasına seçkilərdə məntəqələrin demək olar ki, üçdə birinin səslərinin hesablanmasının nəticələrinə əsasən, “Mülki müqavilə” partiyası 32,75 faizlə öndədir.
Region
18 Sentyabr , 2023 05:28
İrəvanın Ağsaqqallar Şurasına saxtakarlıqlarla keçirilən seçkilərdə Paşinyanın partiyası öndədir - YENİLƏNİB

Ermənistanın paytaxtı İrəvanın Ağsaqqallar Şurasına (paytaxt meriyası) dünən keçirilən seçkilərdə səslərin 32,76 %-nin nəticəsi ilə hakim, baş nazir Nikol Paşinyanın sədri olduğu “Mülki Müqavilə” partiyası liderliyini davam etdirir (70 718 səs).

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, Mərkəzi Seçki Komissiyası (MSK) bülletenlərin 93,15 %-ni hesablayıb (475 seçki məntəqəsindən 412-nin məlumatları).

Siyahıda ikinci yerdə 18,89 % səslə Ayk Marutyanın “Milli Tərəqqi” (40776) partiyası dayanır.

Sonrakı yerdə 15,39% (33,220) ilə “Ana Ermənistan”, 11,24% (24,252) ilə “Respublika” və 9,66% (20,849) ilə “İctimai səs” blokları gəlir.

Digər siyasi qüvvələr isə paytaxtın təmsilçi orqanına daxil olmur.

02:37

Ermənistanın paytaxtı İrəvanın Ağsaqqallar Şurasına seçkilərdə məntəqələrin demək olar ki, üçdə birinin səslərinin hesablanmasının nəticələrinə əsasən, baş nazir Nikol Paşinyanın rəhbəri olduğu “Mülki müqavilə” partiyası 32,75 faizlə öndədir.

“Report” xəbər verir ki, bununla bağlı məlumatı Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə 155 seçki məntəqəsinin səslərinin hesablanmasına əsasən yayıb.

Bazar günü Ermənistan paytaxtında İrəvan Ağsaqqallar Şurasına 475 seçki məntəqəsində səsvermə keçirilib. Seçkilərdə 14 siyasi qüvvə iştirak edib.

MSK-nın saytında dərc olunan məlumata görə, ilk beşlik hazırda belədir: “Mülki müqavilə” (Tiqran Avinyan) 32,75 %, “Milli Tərəqqi” (Ayk Marutyan) - 19,18 %, “Ana Ermənistan” bloku (Andranik Tevanyan) - 14,97%, "Respublika" (Artak Zeynalyan) - 11,47%, "İctimai səs" (Artak Qalstyan) - 9,64% səs toplayıb.

Paytaxtın seçicilər siyahısına 824 250 paytaxt sakini daxildir.

Sentyabrın 17-də İrəvan Ağsaqqallar Şurasına seçkilərdə 14 siyasi qüvvə iştirak edib. Seçkilərdə kütləvi saxtakarlıqlar, qanun pozuntuları qeydə aınıb. Ermənistanın İstintaq Komitəsi İrəvan meri seçkilərində pozuntularla bağlı 8 cinayət işi açıb. Komitədən verilən məlumata görə, bütün qanun pozuntuları seçkiqabağı təşviqat dövründə - avqustun 23-dən sentyabrın 15-dək daxil olmaqla qeydə alınıb. Söhbət seçkiqabağı təşviqatda iştiraka məcbur etmə, təşviqatın əmlakına zərər vurma, seçki mitinqində iştiraka məcbur etmə, o cümlədən xuliqanlıq və ya zor tətbiq etmə kimi pozuntulardan gedir.

Səsvermə günü iddia edilən pozuntularla bağlı daha iki məlumat daxil olub, lakin İstintaq Komitəsi onlar üzrə cinayət işinin başlanmamasına qərar verib.

“Müstəqil müşahidəçi” ictimai alyansının nümayəndəsi, “Məlumatlı Vətəndaşlar İttifaqı” ictimai təşkilatının proqram koordinatoru Daniel İoannisyan da qeyd edib ki, əsasən hakim “Mülki Müqavilə” Partiyası tərəfindən törədilən qanun pozuntuları qeydə alınıb.

Seçki prosesi seçici passivliyi ilə başa çatıb. Belə ki, seçkilərdə seçicilərin cəmi 28,46 faizi iştirak edib.

Son xəbərlər

Orphus sistemi