İrəvanda etiraz aksiyalarında 36 nəfər xəsarət alıb, saxlanılanlar var - YENİLƏNİB

İrəvanda etiraz aksiyalarında 36 nəfər xəsarət alıb, saxlanılanlar var - YENİLƏNİB Ötən gün İrəvanda keçirilən iki etiraz aksiyasında ümumilikdə 16 nəfər saxlanılıb.
Region
20 Sentyabr , 2023 12:35
İrəvanda etiraz aksiyalarında 36 nəfər xəsarət alıb, saxlanılanlar var - YENİLƏNİB

İrəvanda hökumət binasının qarşısında asayiş keşikçiləri ilə aksiya iştirakçıları arasında baş verən toqquşma nəticəsində 36 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, üç yaralının müalicəsi davam edir.

Bir müddət əvvəl nazirik 16-sı polis əməkdaşı, 18-i mülki şəxs olmaqla olmaqla 34 nəfərin yaralandığına dair məlumat yaymışdı.

Onlar hökumət binasının qarşısında gecə çadır qurmağa cəhd göstəriblər.

11:47

Ötən gün İrəvanda keçirilən iki etiraz aksiyasında ümumilikdə 16 nəfər saxlanılıb.

Bu barədə “Report” Ermənistan KİV-ə istinadən xəbər verir.

Bildirilib ki, 11 nəfər hökumət binası yaxınlığında, 5 nəfər isə Rusiya səfirliyi yaxınlığında saxlanılıb.

Daha əvvəl hökumət binasının qarşısına 500 etirazçının toplaşdığı barədə məlumat verilmişdi. Onlar hökumət əleyhinə şüarlar səsləndiriblər. Nümayişçilərlə polis arasında toqquşma nəticəsində 16 polis daxil olmaqla, 34 nəfər xəsarət alıb.

Xatırladaq ki, ötən gün axşam saatlarında Rusiyanın İrəvandakı səfirliyinin binasına giriş-çıxış etirazçılar tərəfindən bağlanmışdı. Diplomatik nümayəndəlik tədbir görmək üçün Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.

Son xəbərlər

Orphus sistemi