İrəvan ATƏT-in Minsk qrupunun buraxılması üçün müzakirələr başladır
Region
- 21 mart, 2025
- 23:03
Ermənistan Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupunun buraxılması üçün müzakirələr başlamaq niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
“Biz deyirdik ki, müzakirə edilə bilən məsələlər var və müzakirə edilməyən məsələlər var. Müzakirə edilə bilənlərdən biri ATƏT-in Minsk Qrupunun buraxılması imkanıdır. Bir daha təkrar edirəm: ATƏT MQ-nin buraxılması məsələsi müzakirəyə açıqdır. Biz yaxın zamanda bu barədə müzakirələr başlatmaq niyyətindəyik”, – hökumət başçısı deyib.
Qeyd edək ki, Azərbaycan XİN dəfələrlə ATƏT-in Minsk Qrupunun və onunla bağlı strukturların rəsmi buraxılmasının zəruriliyini vurğulayıb.
Son xəbərlər
01:42
Video
"Təhrif olunmuş Azərbaycan hərb tarixinin gerçəkləri" - Qərbi Azərbaycan Xronikası
Daxili siyasət01:13
Kanadanın şimal-qərbində güclü zəlzələ baş verib
Digər ölkələr01:05
"Axios": ABŞ həm Rusiyanı, həm də Ukraynanı məcbur edir ki, güzəştə getsin
Digər ölkələr00:46
Ronaldu Trampa zəng edib
Digər ölkələr00:38
Merts: İsrail İordan çayının Qərb sahilinin ilhaqından imtina etməlidir
Digər ölkələr00:31
Makron Rusiyanın son hücumlarından sonra Ukraynaya dəstəyini ifadə edib
Digər ölkələr00:16
İranın XİN başçısı danışıqlar barədə: Top ABŞ-dədir
Region00:10
Yevlaxda baş verən yanğında ölü sayı artıb
Hadisə23:49