İranın vitse-prezidenti: "ABŞ vətəndaşları 6 milyard dollar tam köçürülənədək həbsdə qalacaq"

İranın vitse-prezidenti: "ABŞ vətəndaşları 6 milyard dollar tam köçürülənədək həbsdə qalacaq" “ABŞ-ın məhbus vətəndaşları pulların hamısı köçürülənədək İranda qalacaq”.
Region
11 Avqust , 2023 13:30
İranın vitse-prezidenti: ABŞ vətəndaşları 6 milyard dollar tam köçürülənədək həbsdə qalacaq

“ABŞ-ın məhbus vətəndaşları pulların hamısı köçürülənədək İranda qalacaq”.

“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi sosial şəbəkədəki səhifəsində bildirib.

Məlumata görə, ABŞ-ın İranda mühakimə olunan vətəndaşlarının ölkələrinə verilməsi qarşılığında Cənubi Koreyada dondurulan 6 milyard dollar məbləğində vəsait Tehrana qaytarılacaq.

Bildirilib ki, iranəsilli ABŞ vətəndaşları Siyamək Namazi, Emad Şarki, Murad Tahbaz və adı açıqlanmayan dördüncü şəxs Evin həbsxanasından ev dustaqlığına göndərilib. Eyni zamanda beşinci məhbusun da adı açıqlanmır. Onun da əvvəllər ev dustaqlığında saxlanıldığı vurğulanıb.

Son xəbərlər

Orphus sistemi