İran hakimiyyəti iri şəhərlərdə küçələrə qoyulan zibil konteynerlərini yığışdırır.
“Report” xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntülər yayılıb.
Bildirilib ki, bu, etiraz aksiyalar əlaqədardır. Hakimiyyət zibil qutularının yandırılmasından ehtiyatlanır. Çünki aksiya iştirakçıları Tehranın təzyiq və təqiblərinin qarşısını almaqdan ötrü küçələrdə barrikadalar qurmaq üçün həmin konteynerlədən istifadə edirlər.
Qeyd edək ki, noyabrın 15-də İranda irimiqyaslı etiraz aksiyasının keçiriləcəyi gözlənilir. 2015-ci il noyabrın 15-də ölkədə gündəlik tələbat malları və yanacağın qiymətinin artmasına etiraz aksiyaları keçirilib. Hakimiyyətin bu aksiyaları güc yolu ilə yatırması nəticəsində 1500 dinc etirazçı ölmüşdü.