İranda 6 ərəb vətəndaş barəsində edam hökmü çıxarılıb

İranda 6 ərəb vətəndaş barəsində edam hökmü çıxarılıb İranın Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərinin inqilab məhkəməsi Şeyban həbsxanasında saxlanılan 6 ərəb siyasi məhbus barəsində edam hökmü çıxarıb.
Region
15 Fevral , 2023 11:20
İranda 6 ərəb vətəndaş barəsində edam hökmü çıxarılıb

İranın Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərinin inqilab məhkəməsi Şeyban həbsxanasında saxlanılan 6 ərəb siyasi məhbus barəsində edam hökmü çıxarıb.

“Report” xəbər verir ki, bu barədə Əhvaz İnsan Hüquqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, hesabata əsasən, Əli Məcdam, Moin Xanfari, Məhəmməd Rza Müğəddəm, Salem Musəvi, Adnan Musəvi və Həbib Dries edam cəzasına məhkum edilib.

Məlumata görə, Şeyban həbsxanasında saxlanılan İranın daha 6 ərəb vətəndaşı 5 ildən 35 ilə qədər azadlıqdan məhrum olunublar.

Məlumata görə, Tehran rejiminin siyasi, ictimai fəallara qarşı təzyiqləri davam edir. 18 yaşlı Arin Koxayzadənin İlam şəhərinin mərkəzi həbsxanasında işinə baxılmamasına etiraz olaraq dodaqlarını tikərək aclıq aksiyasına başladığı bildirilib.

Hüquq müdafiəçisi, ictimai fəal, dəfələrlə həbs olunmuş, insan hüquqlarını müdafiə etdiyi üçün dəfələrlə azadlıqdan məhrum edilən Nəsrin Sütudənin əri, vəkil Rza Handan bildirib ki, İslam Respublikası məhkəmə sistemi müvəkkilini 6 il həbs cəzasına məhkum etmək üçün çağırıb: “Siyasi məhbusların əfv edilməsi bəhanəsinə baxmayaraq, vətəndaş cəmiyyətinin fəallarına təzyiqlər davam edir”.

Son xəbərlər

Orphus sistemi