İran Yaşıllar Hərəkatının lideri, ev dustaqlığında olan Mirhüseyn Musəvi hospitaldan buraxılıb

İran Yaşıllar Hərəkatının lideri, ev dustaqlığında olan Mirhüseyn Musəvi hospitaldan buraxılıb İran Yaşıllar Hərəkatının lideri, keçmiş baş nazir Mirhüseyn Musəvi hospitaldan evə buraxılıb.
Region
5 Dekabr , 2024 09:32
İran Yaşıllar Hərəkatının lideri, ev dustaqlığında olan Mirhüseyn Musəvi hospitaldan buraxılıb

İran Yaşıllar Hərəkatının lideri, keçmiş baş nazir Mirhüseyn Musəvi hospitaldan evə buraxılıb.

“Report” “Radio Farda”ya istinadən xəbər verir ki, məlumatı onun qızı Zəhra Musəvi yayıb.

Onun sözlərinə görə, atasının səhhəti yaxşılaşır.

Bildirilib ki, Mirhüseyn Musəvi bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. Məlumata görə, onun səhhəti qəbul etdiyi dərmanlardan yaranan allergiyadan pisləşib.

Keçmiş Baş nazirin İrandan xaricdə yaşayan müşaviri Ərdəşir Əmirarcamand deyib ki, üç gün əvvəl ineksiyalardan və başqa preparatların qəbulundan sonra onun vəziyyətində ağırlaşma müşahidə olunub.

Xatırladaq ki, Mirhüseyn Musəvi 2008-ci ildə prezident seçkisində islahatçı xəttin, Yaşıllar Hərəkatının vahid namizədi olub. Onda Mahmud Əhmədenijatın prezident seçildiyi elan olunub. Seçkilərin nəticələrinə ümumxalq etiraz aksiyası keçirilib. 2009-cu ilin fevralından Mirhüseyn Musəvi, həyat yoldaşı Zəhra Rəhnəvərd və parlamentin keçmiş sədri, həmin hadisələrin aparıcılarından biri Mehdi Kərrubi ev dustağıdır.

Son xəbərlər

Orphus sistemi