İran XİN başçısı səudiyyə ərəbistanlı həmkarına məktub göndərib
Region
- 02 iyul, 2025
- 09:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İranın xarici işlər naziri Abbas Ərakçi səudiyyə ərəbistanlı həmkarı, şahzadə Feysal bin Fərhan bin Abdullaha məktub göndərib.
“Report” xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, məktubda iki ölkə arasında münasibətlər və onların bütün sahələrdə dəstəklənməsi, inkişafı yollarının araşdırılmasının zəruriliyi vurğulanıb.
Məktubu İranın Səudiyyə Ərəbistanındakı səfiri Əlirza İnayəti krallığın xarici işlər nazirinin müavini Vəlid əl-Xəreyciyə təqdim edib.
Məlumata görə, diplomatlar görüşdə ikitərəfli münasibətləri nəzərdən keçirib və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Son xəbərlər
15:14
Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir
Milli Məclis
15:13
"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib
Daxili siyasət
15:06
Azərbaycan və İtaliya biznes foruma hazırlığı müzakirə ediblər
Biznes
15:01
Foto
Kamran Əliyev Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Akademiyasının rəhbəri ilə görüşüb
Hadisə
15:00
Rəcəb Fərəczadə: "Araz-Naxçıvan" üçün qrupda ən uyğun rəqib "Uypeşt"dir"
Futbol
14:59
Foto
Video
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Yenilənib-2
Xarici siyasət
14:57
Akif Quliyev: "Kür çayının su səviyyəsinin yaxın illərdə azalması gözlənilmir"
İnfrastruktur
14:57
Azərbaycanın kollektor agentliyinin istiqrazlarına 51 investor maraq göstərib
Maliyyə
14:57
Video
İlham Əliyevin sosial media hesablarında Forumda iştirakına dair videoçarx paylaşılıb
Digər