İran və Ermənistan XİN başçılarının danışıqları başlayıb

İran və Ermənistan XİN başçılarının danışıqları başlayıb Təkbətək danışıqlardan sonra tərəflər arasında geniş tərkibdə görüş baş tutacaq
Region
26 May , 2021 11:05
İran və Ermənistan XİN başçılarının danışıqları başlayıb
Məhəmməd Cavad Zərif

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Ermənistanın xarici işlər naziri vəzifələrini yerinə yetirən Ara Ayvazyan arasında Yerevanda danışıqlar başlayıb.

“Report” Ermənistanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, təkbətək danışıqlardan sonra tərəflər arasında geniş tərkibdə görüş baş tutacaq.

Ermənistana səfəri çərçivəsində iranlı nazir ölkə prezidenti Armen Sarkisyanla və baş nazir vəzifələrini yerinə yetirən Nikol Paşinyanla görüşəcək.

Xatırladaq ki, Məhəmməd Cavad Zərif mayın 25-də Bakıda səfərdə olub.

Son xəbərlər

Orphus sistemi