İran Rusiyadan silah almaq niyyətindədir

İran Rusiyadan silah almaq niyyətindədir İran təhlükəsizliyini təmin etmək üçün Rusiyadan silah ala biləcəyinə ümid edir
Region
15 Fevral , 2021 18:21
İran Rusiyadan silah almaq niyyətindədir

İran təhlükəsizliyini təmin etmək üçün Rusiyadan silah ala biləcəyinə ümid edir.

“Report” xəbər verir ki, bunu İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş köməkçisi Əliəsgər Hacı “Sputnik”ə müsahibəsində bildirib.

“Bizim Rusiya ilə hərbi əməkdaşlığımız var. Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra Rusiya silah ala biləcəyimiz dövlətlərdən biri oldu”, - Ə.Hacı bildirib.

Diplomat qeyd edib ki, BMT-nin tətbiq etdiyi embarqoya görə, İran silah tədarük edə bilmirdi, onun qonşuları isə milyardlarla dollarlıq silah alaraq regionu silah anbarına çeviriblər.

Son xəbərlər

Orphus sistemi