İranın Prezident Administrasiyasının mətbuat katibi Əli Rabii koronavirusa yoluxub.
“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, Ə.Rabiinin COVID-19 testi pozitiv çıxıb.
O, xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, İranda indiyədək 293 606 nəfərdə koronavirus aşkarlanıb, onlardan 15 912 nəfər ölüb.