İran KİV: Prezidentliyə namizədlər virtual məkanın problemlərinə diqqət etmirlər

İran KİV: Prezidentliyə namizədlər virtual məkanın problemlərinə diqqət etmirlər İranda prezidentliyə namizədlərin internet və virtual sahənin problemlərin dair proqramları diqqətdənkənar qalıb.
Region
24 İyun , 2024 11:01
İran KİV: Prezidentliyə namizədlər virtual məkanın problemlərinə diqqət etmirlər

İranda internet və ya virtual sahənin problemləri prezidentliyə namizədlərin diqqətindən kənarda qalıb.

“Report” xəbər verir ki, bu barədə “Mehr” agentliyi bildirib.

Məlumata görə, müasir dünyada virtual sahə çox vacib rola malikdir. Ancaq prezidentliyə namizədlər bu istiqamətdə məsələlərə diqqət etmirlər.

Bildirilib ki, İranda internet istifadəçiləri keyfiyyət problemləri ilə üzləşir: “Əsas problemlərdən biri internet şəbəkəsinin sürəti və sabitliyi ilə bağlıdır. İnfrastrukturun təkmilləşdirilməsi istiqamətində davamlı səylərə baxmayaraq, ölkənin bir çox ərazilərində hələ də lazımi sürət və keyfiyyətlə internetə çıxış yoxdur”.

Məlumata görə, İranda yüksəksürətli internetə çıxışın olmaması onlayn xidmətlərin geniş spektrinin düzgün və səmərəli həyata keçirilməsinə mane ola, həmçinin məzmun alətlərindən, elektron ticarətdən və kommunikasiyalardan istifadəni poza bilər.

Qeyd edək ki, İran ictimaiyyətinin sosial şəbəkədən istifadəsində tez-tez problemlər yaradılır. Hakimiyyət dairələrində virtual məkanın qərb təbliğatı apardığını iddia edərək onun bağlanmasını istəyənlər var.

Xatırladaq ki, bu il mayın 19-da İran Prezidenti İbrahim Rəisi helikopter qəzası nəticəsində həlak olub. Ona görə iyunun 28-də ölkədə növbədənkənar prezident seçkisi keçiriləcək.

Son xəbərlər

Orphus sistemi