İran Cənubi Koreyanın tankerini azad edib

İran Cənubi Koreyanın tankerini azad edib Tankerin saxlanılmasına səbəb olaraq gəminin körfəz sularını çirkləndirməsi göstərilib
Region
9 Aprel , 2021 08:11
İran Cənubi Koreyanın tankerini azad edib

İran yanvar ayında Hörmüz boğazında saxladığı Cənubi Koreyanın “Hankuk Chemi” tankerini azad edib.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya respublikasının xarici işlər nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, göyərtəsində 13 heyət üzvü olan gəmi artıq İran limanını tərk edib.

Xatırladaq ki, İran hakimiyyəti Birləşmiş Ərəb Əmirliklərinə doğru hərəkət edən neft tankerini özünün su ərazisində saxlayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanından Birləşmiş Ərəb Əmirliyinə doğru hərəkət edən Cənubi Koreya bayrağı altında üzən “Hankuk Chemi” tankeri Hörmüz boğazında, Bəndır Abbas limanında, İran ərazisində saxlanılıb.

Tankerin saxlanılmasına səbəb olaraq gəminin körfəz sularını çirkləndirməsi göstərilib.

Tankerin tutum 17 500 tondur. O 2000-ci ildə Yaponiyada suya buraxılıb. Gəmi Almaniyanın Hamburq şəhərinin “Chemikalien Seetransport” şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi