İstanbulda üçmərtəbəli binada baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
“Report” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.
Hadisə şəhərin Kadıköy rayonunun Fikirtepe hissəsində qeydə alınıb.
*** 09:19
Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonunun Fikirtepe hissəsində üçmərtəbəli binada baş verən yanğın nəticəsində ölən və yaralanlar var.
“Report” xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.
Bildirilib ki, yanğın ətrafdakı 3 müxtəlif təyinatlı binaya da keçib.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım heyəti cəlb edilib . Binaların 4 və 5-ci mərtəblərində qalan sakinlər təxliyyə olunub.
Yanğın baş verən boş bina kağız toplayanlar tərəfindən anbar kimi istiafədə olunurmuş. Ona görə orada qalan insanlardan bir neçəsinin yanğın nəticəsində öldüyü ehtimal edilir.