Bakı. 15 iyun. REPORT.AZ/ Gürcüstan
"Report" xəbər verir ki, bu haqda ölkənin "Rustavi-2" telekanalı məlumat yayıb.
Onlar yerli sakinləri İŞİD tərəfindən döyüşmək üçün Suriyaya göndərməkdə şübhəli bilinirlər.
Saxlanılanlardan biri İŞİD-in liderlərindən sayılan Tarxan Batiraşvilinin yaxın qohumu, o biri isə Qayoz Borçaşvili adlı Gürcüstan vətəndaşıdır. Q.Borçaşvili həm də İŞİD-in Gürcüstandakı təmsilçisi sayılır.
Saxlanılanların evlərinin axtarışı 6 saat davam edib. Xüsusi əməliyyat Pankisi ilə yanaşı Tbilisidə də keçirilir.