İŞİD-in Gürcüstandakı təmsilçisi tutulub
Region
- 15 iyun, 2015
- 05:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 iyun. REPORT.AZ/ Gürcüstan Daxili İşlər Nazirliyi əməkdaşlarının Pankisi dərəsində keçirdiyi xüsusi əməliyyat nəticəsində 5 nəfər həbs edilib.
"Report" xəbər verir ki, bu haqda ölkənin "Rustavi-2" telekanalı məlumat yayıb.
Onlar yerli sakinləri İŞİD tərəfindən döyüşmək üçün Suriyaya göndərməkdə şübhəli bilinirlər.
Saxlanılanlardan biri İŞİD-in liderlərindən sayılan Tarxan Batiraşvilinin yaxın qohumu, o biri isə Qayoz Borçaşvili adlı Gürcüstan vətəndaşıdır. Q.Borçaşvili həm də İŞİD-in Gürcüstandakı təmsilçisi sayılır.
Saxlanılanların evlərinin axtarışı 6 saat davam edib. Xüsusi əməliyyat Pankisi ilə yanaşı Tbilisidə də keçirilir.
Son xəbərlər
17:26
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
Xarici siyasət
17:25
AMB rəsmisi: "Maliyyə sektorunda vahid məlumat mənbəyi problemi mövcuddur"
Maliyyə
17:22
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib
Maliyyə
17:22
UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub
Futbol
17:20
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15 % artıb
Maliyyə
17:19
ADY: Çindən alınacaq elektrik qatarları əsasən Bakı–Qazax yolunda istismar olunacaq
İnfrastruktur
17:16
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Fərdi
17:11
Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 12 %-dən çox artıb
Maliyyə
17:10
Biləsuvarda əmək yarmarkası keçirilib
Sosial müdafiə