Bakı. 28 yanvar. REPORT.AZ/ İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin bəluc etnik qrupunun ilk qadın diplomatı, İslam Respublikasının Bruneydəki yeni səfiri Hümeyra Rigi ilə foto çəkdirməsi ölkədə qalmaqala səbəb olub.
“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
İran
Onun sözlərinə görə, M.Zərifin yaxın gələcəkdə daha iki xanım diplomatı səfir təyin etməsi gözlənilir.
Qeyd edək ki, Hümeyra Rigi Sistan-Bəlucistan əyalətinin Qəsrşəhr bölgəsində icra başçısı işləyib. İran Prezidentinin birinci müavini İshaq Cahangiri cari il yanvarın 1-də əyalətə səfəri zamanı onun Bruneyə səfir təyin edildiyini bildirmişdi.
1979-cu il inqilabından sonra Hümeyra Rigi İranın xarici ölkələrdəki üçüncü qadın səfiridir. Ondan əvvəl Mərziyə Afham Malayziyaya, Pərvin Ferşçi isə Finlandiyaya səfir təyin ediliblər.