​Son iki ildə İranın Suriyada itirdiyi generalların adları və sayı açıqlanıb

​Son iki ildə İranın Suriyada itirdiyi generalların adları və sayı açıqlanıb Onların İŞİD və İsrail tərəfindən öldürüldüyü bildirilir
Region
15 Oktyabr , 2015 10:53
​Son iki ildə İranın Suriyada itirdiyi generalların adları və sayı açıqlanıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bəşşar Əsəd hakimiyyətini dəstəkləyən İranın son iki ildə 8 generalı Suriyada həlak olub.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərə görə, son üç gündə İran İnqilab Keşikçiləri Qvardiyasının 3 generalı - briqada generalı Hüseyn Həmədani, general-mayor Fərşad Hasunizadə, briqada generalı Həmid Muxtarbənd Suriyada öldürülüb.

Suriyanın Dəməşq, Hələb və əl-Küneytr şəhərlərində öldürülən iranlı generallar isə bunlardır: Həsən Şeteri, Məhəmməd Cemalizadə, Abdullah İskenderi, Cabbar Derisavi və ƏIi Allahdadi.

Onların İŞİD və İsrail tərəfindən öldürüldüyü bildirilir.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdəki "Qüds" qolunun komandanı general Qasım Süleymaninin Suriyada, Lazkiye yaxınlığında olduğu haqda məlumat yayılıb.

Son xəbərlər

Orphus sistemi