İranda zəlzələ qurbanlarının sayı 530 nəfərə çatıb

İranda zəlzələ qurbanlarının sayı 530 nəfərə çatıb Təbii fəlakət 12 min bina və dövlət müəssisəsini dağıdıb
Region
14 Noyabr , 2017 17:06
İranda zəlzələ qurbanlarının sayı 530 nəfərə çatıb
IRNA

Bakı. 14 noyabr. REPORT.AZ/ İranda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 530 nəfərə çatıb.

"Report" İnterfaks"a istinadən xəbər verir ki, təbii fəlakət ölkəyə ciddi maddi zərər vurub, təxminən, 12 min bina və dövlət müəssisəsi dağılıb, elektrik enerjisi təchizatı pozulub.

Bu gün İranda matəm elan olunub.

Qeyd edək ki, noyabrın 13-nə keçən gecə İran-İrak sərhədi yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağı 10 km dərinliyində yerləşib. Son məlumatlara görə, 7 mindən çox adam fəlakət nəticəsində xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi