İranda zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB-3

İranda zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB-3 İranda zəlzələ nəticəsində 2 nəfər ölüb.
Region
8 May , 2020 10:21
İranda zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB-3
0 : 00
0 : 00

İranda zəlzələ nəticəsində 2 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı yerli “Fars” agentliyi yayıb.

Paytaxt Tehran yaxınlığında baş verən zəlzələdə 23 nəfər xəsarət alıb.


*** 02:56

İranın Tehran əyalətində baş verən zəlzələ nəticəsində azı 1 nəfər həlak olub, daha 11 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Təcili Yardım Təşkilatının başçısı Pirhüseyn Kulivand bildirib.

"Öz evlərindən qaçarkən 11 insan xəsarət alıb. Həmçinin 60 yaşlı bir həmvətən həlak oldu", - o, “Mehr" agentliyinə bildirib.

Daha əvvəl zəlzələ zamanı Demavend ərazisində altı nəfərin xəsarət aldığı, bir nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, zəlzələ Tehran və Mazandaran əyalətlərində 5,1 maqnitudada qeydə alınıb. Yeraltı təkanlar yerli vaxtla saat 00:48-də qeydə alınıb. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.


***02:06

İranın Tehran əyalətində baş verən zəlzələ nəticəsində azı bir nəfər ölüb, daha altı nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə IRIB teleradioyayım korporasiyası bildirib.

Qeyd edilir ki, ölən və yaralılar Demavend ərazisində aşkarlanıb. Altmış yaşlı yerli sakin başından aldığı xəsarət nəticəsində ölüb.

Şahidlər bildirib ki, yeraltı təkanlar Tehranın mərkəzi rayonlarında da hiss olunub. Bu halda zəlzələ paytaxtın şimal rayonlarında hiss edilməyib.

Zəlzələ Tehran və Mazandaran əyalətlərində 5,1 maqnitudada qeydə alınıb. Yeraltı təkanlar yerli vaxtla saat 00:48-də qeydə alınıb. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.


***01:04

İranın Tehran və Mazandaran əyalətlərində 5,1 maqnitudada zəlzələ olub.

Bu barədə “Report” “Fars” agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 00:48-də qeydə alınıb. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi