İranda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 66 nəfər ölüb - YENİLƏNİB-2

İranda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 66 nəfər ölüb - YENİLƏNİB-2 Sərnişin və heyət üzvlərinin hamısı həlak olub
Region
18 Fevral , 2018 12:24
İranda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 66 nəfər ölüb - YENİLƏNİB-2

Bakı. 18 fevral. REPORT.AZ/ İranın hakimiyyət orqanları İsfahan vilayətində qəzaya uğramış təyyarədə neçə nəfərin olması barədə açıqlama veriblər. 

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, ölkə parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri Ələddin Borucerdi təyyarədə 66 nəfərin olduğunu bildirib.

Onun sözlərinə görə, təyyarədə 60 sərnişin və 6 heyət üzvü olub.

"ISNA" agentliyi "Aseman Airlines" şirkətinə istinadən sərnişinlərin və heyət üzvlərinin hamısının qəza zamanı həlak olduğunu xəbər verib.  

Qeyd edək ki, təyyarə İsfahan vilayətində yerə düşüb. "Aseman Airlines" şirkətinə məxsus təyyarə paytaxt Tehrandan Yasuc istiqamətində uçurmuş. 


***11:34  

İranda sərnişin təyyarəsi qəzaya uğrayıb.

"Report"  xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. 

Bildirilir ki, içində 60 nəfərin olduğu təyyarə İsfahan vilayətində yerə düşüb. 

Yerli telekanal "Press TV" isə bildirib ki, qəza zamanı təyyarədə 66 nəfər olub

"Aseman Airlines" şirkətinə məxsus təyyarə paytaxt Tehrandan Yasuc istiqamətində uçurmuş. 


***11:34

İranda sərnişin təyyarəsi radarlardan itib.

"Report"un məlumatına görə, bu barədə ölkə mətbuatı xəbər yayıb.

Xəbərdə bildirilir ki, təyyarə paytaxt Tehrandan Yasuc istiqamətində uçurmuş. Təyyarədə 60 nəfərin olduğu ehtimal edilir.

Təyyarə "Aseman Airlines" şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi