İranda milli valyutanın devalvasiyasına qarşı etirazlar keçirilir

İranda milli valyutanın devalvasiyasına qarşı etirazlar keçirilir Sosial şəbəkələrdə etirazçıların həbsinin başlanması barədə məlumatlar yayılıb
Region
25 İyun , 2018 17:24
İranda milli valyutanın devalvasiyasına qarşı etirazlar keçirilir
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ İranın paytaxtı Tehranda milli valyutanın devalvasiyasına qarşı etiraz aksiyaları keçirilir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

BBC-nin məlumatına görə, nümayişlər mağazalarını bağlayaraq şəhər küçələrinə çıxmağa başlayan kiçik ticarət obyektlərinin sahibləri tərəfindən başlanıb. Eyni zamanda sosial şəbəkələrdə etirazçıların həbsinin başlanması barədə məlumatlar yayılıb. Etiraz aksiyaları həmçinin Kərəc, Məşhəd, Bəndər Abbas şəhərlərində və Keşm adasında da qeydə alınıb.

Qeyd edək ki, son bir neçə gün ərzində İranın qara bazarında milli valyutanın məzənnəsi (faktiki real məzənnə) 1 dolların 87 min riala nisbətinə qədər düşüb. Müqayisə üçün bildirək ki, bu rəqəm may ayının sonunda 65 min rial olub.

Son xəbərlər

Orphus sistemi