Bakı. 23 yanvar. REPORT.AZ/ İranda sərt iqtisadi tədbirlər nəticəsində 2018-ci ildə 66 740 dövlət məmuru işdən azad edilib.
“Report” İSNA-ya istinadən xəbər verir ki, İranın Milli
Neft Nazirliyində 8 min, Dağ-Mədən Sənayesi və Ticarət Nazirliyindən 7 654 məmur işdən çıxarılıb.
Məmurların işdən azad edilməsi üçün tətbiq edilən meyarlar məlum deyil.